Yumurtalıq xərçəngi dünyada qadınlar arasında yayılmış xərçəng növləri içərisində yeddinci yerdədir. Hər il 240 min zərif cins nümayəndəsində bu xəstəlik aşkarlanır. Xəstəliyə yoluxmuş qadınlarda yumurtalıqlar və uşaqlıq boruları çıxarılmasından başqa hal-hazırda ayrı bir seçim yoxdur. Lakin həkimlər yeni bir vasitə ilə yumurtalıqda bədxassəli şişin erkən tapılmasının mümkünlüyünü irəli sürüblər.
Dörd aydan bir edilən qan testi yumurtalıq xərçənginə tutulma riski yüksək olan qadınlarda bədxassəli şişlərin erkən tapılmasına kömək edə bilər. 4348 qadın üzərində aparılan və "Clinical Oncology" jurnalında dərc olunan araşdırma nəticəsində erkən təsbit edilən xərçəng xəstəliyinin daha asan tədavi edildiyi məlum olub.
azertag.az