Bankdan 8 Mart münasibəti ilə xanımlara hədiyyə
1.3.2017

Expressbank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlar üçün xüsusi aksiya elan edir. Bankdan verilən məlumata görə, 1-7 mart tarixlərində Expresso kart sifariş etmiş bütün xanımlar bu kartları pulsuz əldə edəcəklər.

Expressbank müştəriləri artıq Expresso kartın üstünlüklərini yaxşı bilirlər. Belə ki, Expresso özündə debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi və digər imkanları birləşdirən unikal bank kartdır. Expresso kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Bu kartlar həmçinin ExpressClub layihəsində iştirak etdiyindən, Expresso kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar. Expresso kart təmassız ödəniş texnologiyasını dəstəklədiyindən kart ilə 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Expresso kartını pulsuz sifariş edə bilər.

Bütün bunlardan əlavə, kartın hesabını istənilən ExpressPay ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

trend.az