Aprelin 1-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “İkisi birində” tamaşasının premyerası olacaq.
Bu barədə məlumat teatrın saytında yer alıb. Təqdim ediləcək şən səhnələr kaleydoskopu nə tamaşaçını, nə də aktyorları laqeyd qoyacaq. Əlbəttə ki, “hakim” rolunda tamaşaçılar olacaq. Məhz tamaşaçılar aktyorların səhnə məharətinə, emosiya və plastikasına, virtuozluğuna qiymət verəcək. Üstəlik tamaşaçılardan kiminsə bəxti gətirəcək və mükafatlandırılacaq. Lakin təşkilatçılar bu barədə hələ ki susurlar. Ola bilər ki, bu mükafat ulduzla üzbəüz şam yeməyi olsun.
Biletlər artıq satışdadır. Aktyorlar məşq edir, dramaturq son replikaları səliqəyə salır, rejissor isə “İkisi birində” adı altında daha yeni macəra və vəziyyət fikirləşir.
azertag.az