Dünyada ilk 5G smartfon təqdim olundu
1.3.2017

Barselonada start götürən beynəlxalq “Mobile World Congress” sərgisi çərçivəsində 5G mobil şəbəkəsini dəstəkləyən ilk smartfonun təqdimatı keçirilib.

ZTE şirkətinin istehsalı olan “Gigabit Phone” bu ilin sonunda satışa çıxarılacaq.

Smartfon saniyədə 1 GB sürəti olan məlumatları mübadilə edə biləcək. Model “Qualcomm Snapdragon 835” prosessoru sayəsində işləyəcək.

Şirkətdən bildiriblər ki, “Gigabit Phone” sənayenin inkişafında yeni mərhələyə başçılıq edəcək. 5G-nin yaranması ilə internet dünyanın müxtəlif yerlərində də olacaq.

Cihazın köməyi ilə 360 dərəcəli panoramlar çəkmək mümkün olacaq, cihaz virtual reallıq funksiyasını da dəstəkləyəcək.

lent.az