7 ruhun yaşadığı malikanə satılır - FOTO
24.9.2012

10 yataq otağı olan bu malikanədə 7 ruh yaşayır.

Axşam düşəndə, şər qarışanda ruhlar oyanır, malikanədə dolaşmağa başlayırlar.
7 ruh üçün doğma olan bu ev 1,1 milyon dollara satışa çıxarılıb.

ABŞ-ın Minnesota ştatındakı Sent-Pol şəhərində yerləşən və "Griggs Mansion" adlanan bu malikanə 3 il əvvəl 1,8 milyon dollara satışa çıxarılsa da, onu hələ də alan yoxdur.

Təəccüblü deyil: hər gecə əcaib səslərin gəldiyi, ruhların ulaşdığı, kölgələrin dolaşdığı evdə yaşamaq istəyən azdır.
Həmin ruhların malikanədə müxtəlif vaxtlarda yaşamış və dünyasını dəyişmiş adamlar olduğu deyilir.

1883-cü ildə tikilmiş binada 1915-ci ildə qulluqçu qadın 4-cü mərtəbədə özünü asmışdı.
Həmin vaxtdan bəri gecələr binada əcaib səslər eşidilir. Bunu evin sahibi, zabit Çonsi Qriqqs deyirdi.

1969-cu ildə "St Paul Pioneer Press" qəzetinin 3 jurnalisti bina barədə deyilənlərin yalan olduğunu sübut etmək istəyərək gecəni səhərədək malikanədə qalmağa qərar vermişdilər.

Lakin səhər açılan kimi onlar bağıraraq, ağlayaraq binadan qaçmışdılar.
Jurnalistlərdən birinin başı ağarmışdı.

Milli.Az