Martın 1-də Niyazinin mənzil-muzeyində beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun “Gəl, gözəl bahar, coşsun arzular” adlı solo konserti keçirilib.
Konsertdə M.Qlinkanın “Torağay”, S.Raxmaninovun “Yasəmən”, F.Şopenin “Polonez”, “Etüd do minor”, Q.Qarayevin “Çar kəndinin heykəli”, V.Mustafazadənin “Mart”, F.Bədəlbəylinin “Dəniz”, C.Allahverdiyevin “İki lövhə” və başqa əsərlər səsləndirilib.
İstedadlı gənc pianoçunun çıxışı dinləyicilərə bahar ovqatı bəxş edib.
azertag.az