"Kapital Bank" ASC beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.
Bu barədə bankdan məlumat verilib.
Məlumata görə, bu münasibətlə "Kapital Bank"ın İdarə Heyəti sədrinin I müavini Fərid Hüseynov, Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) prezidenti Tod Barvelilə görüşüb. Görüş zamanı bankçılıq sahəsində olan bir sıra mühüm məsələlər müzakirə olunub.
“Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. "Kapital Bank" olaraq Amerika Banklar Assosiasiyasına üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, - deyə, F. Hüseynov qeyd edib/
"Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Onu da qeyd edək ki, MDB ölkələri arasında "Kapital Bank"dan başqa Rusiyanın yalnız bir bankı sözügedən assosiasiyanın üzvüdür.
report.az