Stokholmda fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb. Amerikalı alimlər Sol Perlmutter və Adam Rayss, həmçinin avstraliyalı Brayan Şmidt kosmologiya sahəsində işlərinə görə bu mükafata layiq görülüb. Fizika üzrə Nobel mükafatının məbləği 1.44 milyon dollardır.
Bu, İsveçdə ötən gün başlayan Nobel mükafatı həftəsi çərçivəsində elan olunan 2-ci mükafatdır. Xatırladaq ki, ötən gün Bryus Botler, Ralf Ştaynman və Jyul Hofman immunologiya və anadangəlmə immunitetin tədqiqi sahəsində işlərinə görə 2011-ci ildə tibb və fiziologya üzrə bu mükafata layiq görülmüşdü. Ralf Ştaynman bu mükafatın elan olunmasından 3 gün əvvəl 68 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişsə də, Nobel komitəsi bundan xəbərdar olmadığını açıqlayıb.