Türkiyənin ən məşhur müğənnisi Tarkan karyerasında dönüş edir.
Meqastar məşhur şoumen və prodüser Cem Yılmaz üçün "filmlərə çəkilmərəm" vədini pozur.
Tarkanın dediyinə görə, Cem Yılmazla birlikdə filmə çəkilməyə qərar verib.
"Mənə seriallar və filmlərlə bağlı indiyədək çox təklif gəlib, hamısını rədd etmişəm. Lakin indi Cemin təklifini qəbul edirəm", - Tarkan deyib.
O, köhnə dostu, aktyor Kıvanc Tatlıtuğun film üçün 6 kq arıqlamasını da bəyənməyib: "Məncə, Kıvanc əvvəlki halına qayıtmalıdır".
Milli.Az