Hz.Məhəmməd barədə dünyanın ən bahalı filmi çəkiləcək
24.9.2012

Qətər şirkəti 450 milyon dollarlıq filmin ssenarisini hazırlayıb. Qətər əmirliyi Hz.Məhəmməd (s.ə.s) barədə dünyanın ən bahalı filmini çəkmək fikrindədir.

3 seriyadan ibarət filmin çəkilişlərinə 450 milyon dolların xərclənməsi nəzərdə tutulub.

Filmi çəkməyə hazırlaşan "Noor" korporasiyası ssenarinin artıq hazır olduğunu bəyan edib.

Korporasiyanın rəhbərti Əhməd Haşimi deyib: "Peyğəmbərimizə qarşı təhqirlərin olduğu filmin qarşısında belə bir film çəkmək və onun tolerantlığını texniki imkanlarla bütün dünyaya çatdırmaq istəyirik.

Peyğəmbərimiz barədə indiyədək çəkilmiş bütün filmləri ustalıq, sənət və səviyyə baxımından geridə qoymaq fikrindəyk. Film ingilis dilində olacaq".

Onun sözlərinə görə, yeni film Hz.Məhəmmədi (s.ə.s) təhqir edən və İslamı aşağılyan "Müsəlmanların məsumiyyəti" filminə layiqli cavab kimi hazırlanır.

big.az