Sağlam qidalardan biri də çiy mürəbbələrdi. Bişmiş qidalar orqanizmə çiy məhsullara nisbətən daha az xeyirlidir. Həmçinin, bişmiş mürəbbə də orqanizm üçün ziyanlıdır. Çiy mürəbbələr bişmişdən hazır halda qətiyyən seçilmir, əksinə həm ətri, həm də rəngi şəffaf olur. Ərik və armud meyvəsindən başqa bütün meyvələri, giləmeyvələri çiy hazırlamaq olar.
Çiy mürəbbə belə hazırlanır:
1 kq meyvə
1.5 rafinə olunmamış şəkər
Hazırlanan meyvə çox şirindirsə şəkər 1.5qr şəkər, turşdursa 1.7 qr şəkər. Meyvələr yuyulur, suyu süzülür ət maşınından keçirilir (tez əzilən meyvə ya giləmeyvədirsə kartov əzənlə əzmək olar). Üzərinə şəkər səpilir qarışdırılır ağzı örtülü halda sərin yerdə 1-2 gün saxlanılır. Şəkər qarışdıqda mürəbbə quru bankalara yığılır. Bankaların başı 2 barmaq boş saxlanılır üzərinə 1-2 xörək qaşığı şəkər tökülür və qapağı bağlanılır. Mürəbbə hazırlanan zaman təkibində bir qram su olmamalıdır. Diqqətli olmaq lazımdır ki yuyulmuş meyvələrdə ya mürəbbəni qarışdıran qaşıq sulu olmasın.
big.az