Aqrobiznesdə uğur layihələri: Vətəgə
2.3.2017

Balıq tutmaq kimi, balıq saxlamaq da səbir tələb edir. Vətəgədə yetişdirilən bir forelin 700-800 qrama çatması üçün 8-9 ay vaxt tələb olunur. Daha artıq çəki almaq üçün bir qədər də gözləmək lazımdır.

İki il əvvəl yaradılan balıq yetişdirmə müəssisəsində planlar təkcə bununla bitmir. Yeni hovuzlar tikmək, balıq növlərini artırmaq qarşıda duran vəzifələrdəndir.

İstehsal üzrə menecer Məzahir İbrahimov deyir ki, vətəgənin yaradılmasında məqsəd məhdud və mövsümdən asılı olan ərzaq məhsulu bolluğunu təmin etməkdir.

Buraya qoyulan investisiyada sahibkar 31 faizlik, Kənd Təsərrüfatı Nazirliyinin güzəştli krediti isə 69 faizlik paya malikdir. Dövlət dəstəyi ilə 10 hovuz tikilib, su süzgəci və su boruları, 1 oksigen aparatı, mayalanmış forel kürüsü və yem alınıb, müxtəlif əməliyyat xərcləri ödənilib.

azertag.az