Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
3.3.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Iclasda komissiyaya daxil olan daha 130 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 487-yə çatıb.
İclaslar qarşıdakı günlərdə də keçiriləcək.
Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.

report.az