“AzStarNet” yeni “Wi-Fi Ev” kampaniyasına başlayıb
24.9.2012

“AzStarNet” MMC-nin 10 illik yubileyi münasibətilə “Wi-Fi Ev” kampaniyasına start verilib.

Kampaniya zamanı internet xidmətinə yeni qoşulan və 2 aylıq abunə haqqını ödəyən abunəçiyə “Wi-Fi” modem hədiyyə edilir.

3 aylıq abunə ödənişi aparan abunəçi qoşulma haqqından azad olunur və “Wi-Fi” modem əldə edir.

Hər bir yeni qoşulan və 6 aylıq abunə haqqını ödəyən abunəçi isə qoşulma haqqından azad olunmaq və “Wi-Fi” modemə sahib olmaqla yanaşı, internetdən 1 aylıq pulsuz istifadə imkanı qazanır.


Gün.Az