“Azercell Telecom” MMC bəzi xidmətlərində müəyyən çətinliklərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib. Bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.
Məlumata görə, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 4-də təkmilləşdirmə işləri aparılacaq.
Qurum bəyan edir ki, bununla əlaqədar həmin gün gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
report.az