Azərbaycan prezidenti Qobustanda məktəb açılışında iştirak edib
26.9.2012

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbdə 48 sinif otağı var. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir.

Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları yaradılıb.