Afaq Bəşirqızı ürəyindən əməliyyat olunacaq
26.9.2012

Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı ürəyindən cərrahiyyə əməliyyatı olunacaq.

Bu barədə məlumat verən sənətkarın oğlu Səmral Təhməzov deyib ki, cərrahiyyə əməliyyatı sentyabrın 26-da saat 09:00 üçün nəzərdə tutulur. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub.

Xalq artistinin ürəyində əməliyyatı ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirəcək. S. Təhməzov bildirib ki, hazırda Afaq Bəşirqızı əməliyyata hazırlanır: “İnşallah hər şeyin yaxşı olacağına inanırıq”.

APA