Fransanın “Sud-Ouest” jurnalında “Azərbaycana dəvət” adlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun Arkaşon şəhərinə səfərindən, orada konfransda iştirakından və ölkəmizlə bağlı filmdən bəhs olunur.
Məqalədə Arkaşonun meri “Bakı-2015” Birinci Avropa Oyunları zamanı ölkəmizə səfərini xatırlayaraq müxtəlif mədəniyyət və dinləri özündə birləşdirən Azərbaycanın gözəlliyinin, dinamik iqtisadi inkişafının və siyası stabilliyinin onda zəngin təəssürat yartdığını bildirir.
Eyni zamanda, məqalədə səfirin konfransda çıxışı zamanı Şərq aləmində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsindən, ölkəmizin ikinci dəfə öz müstəqilliyini bərpa etməsindən danışdığı vurğulanır.
azertag.az