Bakının Pirallahı rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə fevral ayı ərzində 10000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacları əkilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, mərkəzi yolkənarı boyu mövcud yaşıllıq ərazilərdə torpaq tökülərək hamarlanma işləri aparılıb.
Qeyd olunub ki, il ərzində 50000-dən çox müxtəlif növ ağac, 6000 ədəd isə müxtəlif növ gül və kol bitkiləri əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Bundan əlavə, yolkənarı boyu dekorativ çəpərlər çəkilib və hazırda işlər davam etdirilir.
azertag.az