Mütəxəssislər tez-tez deyir ki, səhər yeməyi enerjiyə, şam yeməyi isə piyə çevrilir. Bu həqiqətən belədir.
Axşam vaxtı insanın fəallığı xeyli azalır, qəbul etdiyi kalorilər sərf olunmur və nəticədə çəkinin artmasına səbəb olur.
Lakin belə qidalar var ki, onların axşam vaxtı qəbulu piyə deyil, əzələlərə gedir. Söhbət zülalla zəngin olan qidalardan gedir. İlk növbədə burada yağısız mal, toyuq və ya hindquşu əti nəzərdə tutulur. Zülallar orqanizmdə piyə çevrilmir, onlar əzələ toxumasının bərpasına və artmasına gedir. Bodibildiq və s. buna oxşar idman növləri ilə məşğul olanlar bunu bilir və əzələ kütləsini artırmaq üçün istifadə edirlər.
Beləliklə, axşam vaxtı acmısınızsa, kökəlməmək üçün 1-2 tikə ət yeyin (təbii ki, çörəksiz). Hindquşu əti həmçinin triptofanla zəngindir. Bu maddə orqanizmdə yuxu hormonu olan serotoninin ifrazını artırır.
saglamolun.az