Çinli telefon istehsalçıları dünya telefon bazarını təəccübləndirməkdə davam edirlər. Onların təqdim etdikləri dizayn və yeniliklər texnologiya nəhənglərinə sanki dərs verir.
Telefon istehsalı ilə məşğul olan “Meizu” şirkəti sürətli enerji təminatı texnologiyası sahəsində mühüm işlər aparır. Belə ki, şirkət artıq “Super mcharge” sürətli doldurma texnologiyasını təqdim edib.
Cihaz bir “ağıllı” telefonu 20 dəqiqəyə tam enerji ilə təchiz edir. Texnologiya şirkətlərinin diqqət mərkəzində olan “Super mcharge”in hansı telefonlar üçün nəzərdə tutulduğu hələlik bəlli deyil. Cihazın bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.
Şirkətin rəhbərliyinin sözlərinə görə, hazırda “Super mcharge”in sınaq mərhələsi uğurla davam etdirilir.
lent.az