MWC 2017 sərgisinin ən yaxşı smartfonu məlum oldu
6.3.2017

MWC 2017 beynəlxalq sərgisinin yekununda tədbirin təşkilatçıları “Ən yaxşı smartfon” nominasiyasının qalibini elan ediblər.

“Phonearena” nəşrinə istinadən verilən məlumata görə, bu il prestijli mükafatı “Sony” şirkəti özünün “Xperia XZ Premium” flaqmanına görə əldə edib.

Müqayisə üçün bildirək ki, ötən il bu nominasiyada qalib “Samsung Galaxy S7” smartfonu olub.

“Sony Xperia XZ Premium” smartfonu 2017-ci il fevralın 27-də təqdim edilib. Smartfon HDR-i dəstəkləyən 5,5 düym həcmli 4K ekrana malikdir. Onun korpusu şüşədən və metaldandır.

Smartfon həmçinin “Motion Eye” foto moduluna və özünün daxili 4 GB həcmində yaddaşına malikdir. İstehsalçının bəyanatına görə, cihazın əsas kamerası “Super Slowmotion” rejimində 960 k/s tezliyində video çəkə bilir.

Bundan başqa, smartfon səkkiz nüvəli “Qualcomm Snapdragon 830” prosessoru ilə təmin edilib. Smartfon 4 GB əməliyyat və 64 GB daxili yaddaşa malikdir.

lent.az