Mütəxəssislər güclü maqnit qasırğaları ehtimalı barədə xəbərdarlıq ediblər.
Rusiya mətbuatına istinadla xəbər verilir ki, maqnit qasırğaları martın 16-da, 17-də və 23-də gözlənilir. Alimlərin fikrincə, Günəş fəallığının artması Yerin maqnit sahəsinə mənfi təsir göstərə bilər.
Həkimlər həmin günlərdə meteohəssas insanlara öz səhhətlərinə xüsusi fikir verməyi məsləhət görürlər.
azertag.az