Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində, 10 və 37 nömrəli uşaq musiqi məktəblərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər keçirilib.
Baş İdarədən bildirilib ki, tədbirlərdə Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edilib.
Bildirilib ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi, o cəmiyyətdə qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulub, ona böyük ehtiram göstərilib. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. O, qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer verir, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün ölkəmizdə lider qadınların yetişməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra tədbirlər konsert proqramları ilə davam edib.
azertag.az