Bakıda Dünya Ürək Günü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunacaqdır
26.9.2012

Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən Dünya Ürək Gününə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Tədbirdə AÜDCC-nin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev Dünya Ürək Günü çərçivəsində ölkəmizdə keçiriləcək tədbirlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, sentyabrın 29-da ABŞ-ın nüfuzlu səhiyyə ocaqlarından biri olan Mayo Klinikası ilə Azərbaycanın Mərkəzi Klinik Xəstəxanasının birgə toplantısının keçirilməsi qərara alınmışdır. Toplantıda Mayo Klinikasının professorları Riçard Daly və Verqhese Metyu, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edəcəklər.

AzərTAc