"Eurovision 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevanın bu gün toyudur.
GoMap.Az Milli.Az saytına istinadən xəbər verir ki, toy mərasimi paytaxtın prestijli şadlıq evlərindən birində keçiriləcək. Səbinə Babayeva rejissor Cavidan Şərifova ərə gedir.
Tədbiri Ülvi Cəfərovun "Şeron" qrupu aparacaq. KİV nümayəndələrinin tədbirə girişinə qadağa qoyulub.
Milli.Az