Pekin, Mexiko, Nyu-Dehli, Sao Paulo və Yohannesburq 20 şəhər arasında əhalinin tıxaclardan ən çox əziyyət çəkdiyi şəhərlərdir.
Braziliyanın ən böyük şəhəri olan Sao Pauloda əhalinin avtomobildən istifadə etməsi çox çətindir. Şəhərin mərkəzi yollarında müəyyən vaxtlar yaranan tıxaclar avtomobildən istifadəni mümkünsüz edir. Cümə axşamları şəhərdə tıxacların uzunluğu isə 180 kliometrə qədər çatır.
Qeyd edək ki, Sao Pauloda tıxaclar ən az 4 saat davam edir. 11 milyon insanın yaşadığı şəhərdə bəzi işadamları nəqliyyat vasitəsi kimi helikopterdən istifadə edir.
Məlumat üçün bidirək ki, Pekin, Mexiko, Nyu-Dehli, Sao Paulo və Yohannesburq 20 şəhər arasında əhalinin tıxaclardan ən çox əziyyət çəkdiyi meqapolisdir. Dünyada ən uzun avtomobil tıxacı sahəsində rekord isə Çinə məxsusdur. 2010 –cu il avqustun 14 –ündə yaranmış tıcaxın uzunluğu 260 km olub. Tıxacda qalan yüzlərlə sürücü vaxtlarını öz aralarında şahmat və kart oynamaqla keçiriblər. Uzun müddətli tıxac yolun bütün asfalt qatını darmadağın edib. 15 gün davam edən tıcaxa səbəb avtomobil yollarda aparılan təmir işləri, yüklənmiş hərəkət və bir neçə qəza olub.
http://www.foxnews.az