Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər
7.3.2017

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası martın 10-da Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verilən məlumata görə, üç gün davam edəcək sayca 45-ci yarışda baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında 5 pəhləvan mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, turnirin proqramına əsasən, martın 10-da 57 kq və 70 kq, martın 11-də 61 kq, 74 kq və 125 kq, son yarış günündə isə 65 kq, 86 kq və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

report.az