Azərbaycan Premyer Liqasında XXII turun proqramı müəyyənləşib
7.3.2017

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, tura martın 13-də Gəncədə "Kəpəz"lə "Zirə" arasındakı qarşılaşma ilə start veriləcək.
Turun mərkəzi və son matçı - "Neftçi" və "Qəbələ" komandalarının üz-üzə gələcəyi görüş isə ertəsi gün olacaq.
Azərbaycan Premyer Liqası, XXII tur
13 mart (bazar ertəsi)
15:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu
18:00. “İnter” – “Sumqayıt”
“İnter Arena”
14 mart (çərşənbə axşamı)
18:00. “Qarabağ” – AZAL
“Azersun Arena”
20:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”
Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

report.az