AZAL Bakı-Aberdin aviareysini dayandırır
27.9.2012

«Azərbaycan Hava Yolları» QSC (AZAL) oktyabrın 28-dən etibarən Bakı-Aberdin-Bakı müntəzəm birbaşa sərnişin aviareyslərini dayandıracaq. Bu barədə «APA-ECONOMICS»ə AZAL-dan bildirilib.

Aviaşirkətdən verilən məlumata əsasən, aviareysin dayandırılması AZAL-ın Londona (Böyük Britaniya) həyata keçirdiyi uçuşların gündəlik rejimə keçirilməsi ilə əlaqədardır: «Azərbaycan və Böyük Britaniya arasında bağlanmış ölkələrarası sazişə əsasən, hər iki tərəfdən həftədə 7 uçuşun həyata keçirilməsinə icazə verilir».

Şirkətdən həmçinin bildirilib ki, Bakı-Aberdin və Aberdin-Bakı istiqaməti üzrə 033 və 034 reyslərinə aviabilet əldə edən sərnişinlərin seçiminə ya alternativ marşrut təqdim olunacaq, ya da biletlərin qiymətinə əsasən sərnişinə məbləğin tam şəkildə geri qaytarılması həyata keçiriləcək.

apa