Azərbaycanda alternativ enerji sektorunun inkişaf etdirilməsi məqsədi ilə Yüksək Texnologiyalar Parkı yaradılır.
Bunu Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov bildirib.
R.Məmmədovun sözlərinə görə, burada yüksək texnologiyalarla təchiz olunacaq 15 zavod fəaliyyət göstərəcək. Parkda LED lampaları, şüşə, kiçik turbin və alternativ enerji sahəsində istifadə olunacaq lazımi məhsullar istehsal olunacaq.
Eyni zamanda Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycan gələcəkdə tikinti materiallarının istehsalında yaşıl texnologiyalardan istifadə etmək niyyətindədir.
Ümumiyyətlə, 2020-ci ildə Azərbaycanda istehsal olunacaq ümumi enerjinin 20%-nin alternativ enerjinin payına düşəcəyi gözlənilir.
apa