Ancelina Coli ölüm ayağındadır
27.9.2012

Bu yaxında Türkiyəyə səfər edən aktrisa və BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Colinin ölüm ayağında olduğu bildirilir.

Lenta.Ru-ya istinadən verilən xəbərə görə, onun Türkiyə səfəri zamanı təkcə Ankarada məskunlaşan Suriya qaçqınlarına baş çəkmək üçün gəlmədiyi deyilir.

Məşhur aktrisa orada həm də orqan transplantasiyası üzrə məşhur cərrahla görüşüb. Onun yeni qaraciyər transplantasiyasına ehtiyacı olduğu və Hepatit C-dən əziyyət çəkdiyi bildirilir.

Onun bu xəstəlikdən uzun müddətdir əziyyət çəkdiyi, lakin bu yaxında vəziyyətinin daha da pisləşdiyi barədə məlumatlar yayılıb.

Türkiyə mətbuatı da gözəl aktrisanın Türkiyədə cərrahla otellərin birində görüşdüyünü və transplantasiya məsələsini müzakirə etdiklərini yazıb.

Gün.Az