"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb
9.3.2017

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması ilə əlaqədar kotirovka sorğusu keçirilib.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Kotirovka prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender komissiyasının martın 2-i tarixli qərarına əsasən, “Baker Tilly Audit Azərbaycan” MMC qalib elan edilib.
Sözügedən təşkilatla martın 3-də müvafiq satınalma müqaviləsi bağlanıb.

report.az