“Bakıdakı möhtəşəm şouları gözləyirəm. Bakıda görüşərik”. Bu sözləri məşhur sənətçi Şakira öz rəsmi internet səhifəsində yazıb.
Qeyd edək ki, Şakira oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə 17 yaşına qədər qızlar arasındakı dünya çempionatının qapanış mərasimində çıxış edəcək, oktyabrın 14-də isə “Baku Crystal Hall” səhnəsində solo konsert verəcək.
Onu da əlavə edək ki, Şakira ana olmağa hazırlaşır və bu səbəbdən bir çox təklifləri, eyni zamanda proqramda nəzərdə tutulan konsertləri təxirə salmaq qərarına gəlib. Amma müğənni Bakı konsertlərini qüvvədə saxlayıb.
APA