İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
azertag.az