Martın 9-da Beynəlxalq Muğam Mərkəzində “Bayatı-Şiraz” dəstgahı ifa olunub.
Konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə reallaşıb.
Konsertdə “Bayatı Şiraz” dəstgahı Xalq Artisti Simarə İmanova, xanəndələr Fərhad Ramazanov, Anar Abbasov, Famil Kərimov və başqa ifaçılar tərəfindən səsləndirilib.
İfaçıları Fərrux Həşimli (kamança), Ramin Rzayev (tar), Sübhan Əhmədov (nəfəsli alətlər), Ağakərim Abbasov (nağara), Səbinə Məmmədli (kanon) və Fəridə Hüseynova (piano) müşayiət ediblər.
Respublikanın tanınmış mədəniyyət və incəsənət adamlarının iştirak etdiyi konsert proqramı maraqla qarşılanıb.
azertag.az