Martın 13-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Müxtəliflik” adlı rəsm sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.
Bir sıra rəssamın müxtəlif mövzulu sənət əsərlərinin təqdim olunacağı sərgi martın 20-dək davam edəcək.
azertag.az