"Neftçi"nin italyanlarla oyununun biletləri sabahdan satışa çıxarılır
27.9.2012

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi"nin İtaliyanın "İnter" komandası ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. Bu barədə "Neftçi" PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Oyunu izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzində yerləşən satış nöqtələrindən əldə edə bilərlər.

Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması oktyabrın 4-də baş tutacaq.

Trend