Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi açılacaq
10.3.2017

Martın 10-da Bakıda “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi açılacaq.

“Nur Art House” qalereyasında baş tutacaq sərgi Portuqaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş tanınmış fotoqraf Aydın Sadıqovun çəkdiyi 40-dək fotoşəkil nümayiş olunacaq.

Bu şəkillər Portuqaliyanın tarixi şəhərlərinin əksəriyyətini əhatə edir.

Üç gün davam edəcək sərgi çərçivəsində fotoqrafın rəhbərliyi ilə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.

azertag.az