Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan birgə turizm layihəsi işə salacaq
10.3.2017

Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən “Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq.

Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev öz "Facebook" səhifəsində yazıb.

M.İqaliyevin sözlərinə görə, bu layihə 12 gün davam edəcək.

O qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək.

trend.az