Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.
İB-dən bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində "Wi-Fi" şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.
Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.
trend