Martın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Fırfıra” tamaşası nümayiş olunacaq.
“YARAT”dan bildirilib ki, kolumbiyalı rəssam Oskar Murillonun sərgisindən ilhamlanan, “ADO” Teatrının direktoru və rejissoru Elmin Bədəlov başda olmaqla teatrın truppası və kastinq zamanı seçilmiş həvəskar aktyorlar maraqlı və riqqət doğuran tamaşa yaradıblar.
Qeyd edək ki, giriş sərbəstdir.
azertag.az