Bakıda müasir və qeyri-adi kitabxana tikilir - FOTO
27.9.2012

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni elmi kitabxanasının binası gələn il istifadəyə veriləcək.

Bu barədə AMEA-dan məlumat veriblər.

Kitabxananını tikintisi üçün metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında 0,9 ha torpaq sahəsi ayrılıb. Binanın ümumi sahəsi 38 000 kvadrat metr olacaq.

Binanın birinci mərtəbəsində kafeteriya, muzey və restavrasiya mərkəzi yerləşəcək. Digər mərtəbələrdə isə 1,3 milyon cildlik kitab fondu üçün yer ayrılacaq. Bundan əlavə, binada 11000 nəfərlik oxu zalı, elmi-tədqiqat bölmələri, konfrans zalı, fərdi oxu zalları və inzibati şöbə olacaq.

Binada müasir liftlər və eskalatorlar da quraşdırılacaq, avtomobillər üçün dayanacaq tikiləcək.

Milli.Az