Martın 17-də “Art villa” qalereyasında “Bakı baharı sevir” (Baku spring love) adlı fotosərgi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq. Sərgidə bir neçə fotoqraf və moda ustalarının Bakının romantik ekspozisiyasını əks etdirən foto və əl işləri təqdim olunacaq.
Sərginin kuratorları tanınmış fotoqraflar Rüstəm Hüseynov, Nadejda Cavad və Vadim Mansurovdur.
azertag.az