Rihanna səhnəyə tək çıxmayaca
27.9.2012

Oktyabrın 6-da “Baku Crystal Hall”da konserti gözlənilən məşhur müğənni Rihanna səhnəyə tək çıxmayacaq.Məşhur ifaçını səhnədə Azərbaycanın tanınmış sənətkarlarından biri müşayət edəcək.

Həmin sənətçinin adını hələ ki, gizli saxlamağa məcbur olsaq da, qeyd edək ki, Rihannanın konsertində tamaşaçaları maraqlı sürprizlər gözləyir. Bir sözlə məşhur dünya ulduzunun konsertində milli kolorit mütləq hiss olunacaq.

Big.az