“Yurdumuza bahar gəlir” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
14.3.2017

Martın 16-da Bakı Xətai Sənət Mərkəzində uşaqlar arasında elan olunmuş “Yurdumuza bahar gəlir” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə 165 nəfərin 182 rəsm əsəri nümayiş olunacaq. Müsabiqənin keçirilməsində məqsəd gənc nəsildə milli adət-ənənələrimizə marağı artırmaqdır.

Qeyd edək ki, sərgidə paytaxtla yanaşı, regionlardan olan balaca fırça ustalarının əl işləri də yer alacaq.

Sərgi çərçivəsində müsabiqənin qalibləri mükafatlandırılacaq.

azertag.az