“Jazz thing & blue rhythm” jurnalı azərbaycanlı cazmendən yazır
14.3.2017

Almaniyanın “Jazz thing & blue rhythm” jurnalında tanınmış saksofonçalan, Azərbaycanın Əməkdar Artisti Rain Sultanovun “Inspired by Nature” (“Təbiətdən ilhamlanaraq”) vinildən hazırlanan qrammofon valı haqqında məqalə dərc edilib.

Məqalənin müəllifi Rolf Tomasdır.

“Inspired by Nature” albomu “Ozella Music” şirkəti tərəfindən buraxılıb. Albomda Rain Sultanovun Şahin Növrəsli (piano), Yasəf Eyvazov (ud), İrakli Koyava (perkussiya), Aleksey Miltix (violonçel) və Nuriyə Hüseynova (muğam ifaçısı) ilə Azərbaycanın Şirvan Milli Parkı, Qızılağac qoruğu, Lahıc dağları və digər görməli yerlərinə səyahəti çərçivəsində, habelə tanınmış saksofonçunun Osloda albomun yazılmasına dəvət etdiyi Linnea Olsson (violonçel), Peter Nilson (zərb alətləri) və Yasuhito Mori (bas-gitara) ilə birgə ifa etdiyi kompozisiyalar yer alıb.

azertag.az