“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 28-dən etibarən Bakıdan Tbilisiyə uçuşların sayını artıracaq.
Yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq AZAL uçuşların sayını martın 28-dən etibarən həftədə 8 dəfə, mayın 2-dən isə 10-a qədər artıracaq.
Qeyd edək ki, hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviauçuşlar hər gün (7 dəfə) yerinə yetirilir. Yeni razılaşma əsasında əlavə 8-ci reys martın 28-dən (bazar günü), növbəti reyslər isə mayın 2-dən reallaşdırılacaq.
"Sputnik-Georgia.ru"nun məlumatına görə, yeni reyslərin həftənin II və IV günləri yerinə yetiriləcəyi gözlənilir. Bu istiqamət üzrə aviareyslər “Airbus 319” tipli təyyarə ilə həyata keçirilir. AZAL əlavə uçuşları yay mövsümünün sonunadək yerinə yetirməyi planlaşdırır.
report.az