"8 yaşı tamam olan uşaqlar orta məktəblərə qəbul üçün komissiyadan keçməlidirlər".
Bunu bu gün Bakı Şəhər üzrə Təhsil İdarəsinin keçirdiyi mətbuat konfransında İdarənin İnformasiya Təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.
O bildirib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri də öncə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirməlidir: "Onlar ərizələri qəbul olunduqdan sonra həftənin 1 və 4-cü günləri Bakı Şəhər üzrə Təhsil İdarəsinə gələrək komissiyadan keçməlidirlər. Komissiyadan keçmək üçün uşaqları da idarəyə gətirmək lazımdır. Ancaq komissiyadan keçəndə sonra həmin uşaq fərdi təhsilə cəlb olunacaq".
report.az