Sektor müdiri: "8 yaşı tamam olan uşaqlar orta məktəblərə qəbul üçün komissiyadan keçməlidirlər"
14.3.2017

"8 yaşı tamam olan uşaqlar orta məktəblərə qəbul üçün komissiyadan keçməlidirlər".
Bunu bu gün Bakı­ Şəhər üzrə Təhsil İd­arəsinin keçirdiyi mə­tbuat konfransında İdarənin İnformasiya Tə­minatı sektorunun müd­iri İlhamə Abdullayev­a deyib.
O bildirib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri də öncə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirməlidir: "Onlar ərizələri qəbul olunduqdan sonra həftənin 1 və 4-cü günləri Bakı Şəhər üzrə Təhsil İdarəsinə gələrək komissiyadan keçməlidirlər. Komissiyadan keçmək üçün uşaqları da idarəyə gətirmək lazımdır. Ancaq komissiyadan keçəndə sonra həmin uşaq fərdi təhsilə cəlb olunacaq".

report.az